“Elzanı müdafiə edən deputat dedi ki…” — Rasim Balayev

“Elzanı müdafiə edən deputat dedi ki…” — Rasim Balayev
Tarix : Oxunma : Yorum Yaz

Bir neçə ay öncə Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri seçilən Rasim Balayev bəzi şəxslər tərəfindən tənqid atəşinə tutulmuşdu. Təşkilat xəbərdarlıq edərək bildirmişdi ki, Xalq artistinin nüfuzuna xələl gətirəcək hər hansı bir çıxışlar olarsa, həmin şəxslərə qarşı məhkəmə iddiası qaldırılacaq.

Xalq artisti Rasim Balayev Musavat.com-a bildirib ki, həmin şəxslər artıq susublar:

«Mənə qarşı bir kampaniya idi və susdular. Çünki onların əsası yox idi. Təəssüf ki, bəzi adamlarla münasibətim korlandı. İlin sonuna qədər müəyyən tədbirlərimiz var. Hansı ki, bu gün o qədər də reklam olunmur. Amma ən əsas məsələ odur ki, filmlər çəkilmir. Bu bizi çox narahat edir».

Rasim Balayev Elza Seyidcahanın şeirlərinə münasibətindən də danışıb:

«Elza Seyidcahanın şeirini ilk dəfə TV-də eşitdim, bu, ilk və son oldu. Onun şeirlərinə qulaq asmıram. Ondan sonra Azərbaycan kanallarına baxmıram. Ancaq xəbərlərə və heyvanat aləminə baxıram. Çünki o, daha maraqlıdır. Orada hər şey təbiidir. 

Mən Nəsimini, Füzulini, Ramiz Rövşəni, Vahid Əzizi, Baba Vəziroğlunu oxuyuram. Mən elə şeirləri oxuyuram ki, ondan ibrət götürə bilim. Hər kəs şeir yazsa, anarxiya olar. İnsanların zövqünü korlayır, mən inanmıram ki, insanlar elə şeirlərdən ibrət götürürlər. Çox təəssüf ki, onu müdafiə edən adamlar var. Məsələn, tanınmış ədəbiyyatçı, deputat Nizami Cəfərov dedi ki, Rasim səhv edir, Elza Seyidcahan çox şairdən daha yaxşı yazır. Nizami Cəfərov Azərbaycan ədəbiyyatını dərindən bilən bir adamdır. Onun dediyinə təəccübləndim. Fikirləşdim ki, əgər bu adam onun haqqında belə danışırsa, demək mən səhv demişəm?»

İlk yorumu siz yazın