Elzadan Rasim Balayevə barışıq addımı

Elzadan Rasim Balayevə barışıq addımı
Tarix : Oxunma : Yorum Yaz

Əməkdar artist Elza Seyidcahan bir müddət əvvəl onun şeirlərini tənqid etdiyi üçün aralarında soyuqluq yaranan Xalq artisti Rasim Balayevlə bir araya gəlib.

OLAY yazır ki, onlar İTV-də yayımlanan “Ötən günlər” adlı verilişdə görüşüblər.

Seyidcahan aktyora yaxınlaşaraq onu alnından öpüb. Müğənninin bu hərəkəti R.Balayevin üzündə gülüş yaradıb.

Elza həmin anları instaqramda izləyiciləri ilə bölüşüb.

Xatırladaq ki, Rasim Balayev müsahibələrin birində müğənni haqqında “Ona deyən yoxdur ki, get, işinlə məşğul ol. Sən şair deyilsən. Onu efirə buraxan televiziyanın sahibi, yiyəsi yoxdur? Desin ki, bu şeirlər efirlik deyil. Onda mən də çıxım efirə, ağzıma gələni danışım. Olmaz, bu, efirdir”, — deyə, bildirib. Əməkdar artist isə cavab olaraq “Rasim Balayevin tənqidi mənim üçün tərifdir” sözlərini söyləyib.

İlk yorumu siz yazın