Elza Seyidcahan kamança ifaçısının iddialarına cavab verdi

Elza Seyidcahan kamança ifaçısının iddialarına cavab verdi
Tarix : Oxunma : Yorum Yaz

Xəbər verdiyimiz kimi, kamança ifaçısı Elnur Salahov Əməkdar artist Elza Seyidcahanın «Mahnılar və şeirlər» adlı solo konsertində musiqiçilərin qonorarını ödəmədiyini deyib.

Axşam.az xəbər verir ki, müğənni musiqiçinin iddialarına «Həyat tərzi» verilişində cavab verib. Seyidcahan bildirib ki, kamança ifaçısının pulunu ödəyib:

«Konsertdən sonra borca düşdüm. Borclarımı ödəməyə çalışıram. Elə dostlarım var ki, onlar məndən təmənna güdməyiblər. Çünki özümdə eləyəm. Amma bir balaca istedadı olanlar var ki, insanlıqdan xəbərləri belə yoxdur. Deyirlər ki, bunun mənə fərqi yoxdur. Birinin də üstünə beşin qoyub, bizdən istifadə edirlər. Bu layihələrim tarixidir. Yəni layihələrimdə kim iştirak edirsə, düşür tarixə. Çünki orada təsadüfü mövzulara toxunmuram.

Musiqiçilərin çoxu deyirlər ki, sizinlə belə bir tarixi layihədə iştirak etməkdən fəxr edirik. Amma bəzi insanlar var ki, onlar sənət fədailəri deyillər, sənətin nə olduğunu başa düşmürlər. Bu dəfə də səbrsiz insanlar oldu. Onların özləri layihəmdə olmaqları üçün can atmışdılar. Mən də gənc musiqiçinin qəlbinə dəyməmək üçün iştirakını qəbul etmişdim. Sonradan görürəm ki, sənətkar musiqiçilər çəkiliblər kənara ki, birdən onlara ödəniş edərəm. Bu isə gəlib məndən ödənişi nə zaman edəcəyimi soruşur. Deyir ki, utanırdım deməyə… Cavab verirəm ki, utanırdınsa, demə, vacib deyil ki… Heç demə bunu».

İlk yorumu siz yazın