Elvin Ağayev əməliyyatdan sonra evə buraxıldı

Elvin Ağayev əməliyyatdan sonra evə buraxıldı
Tarix : Oxunma : Yorum Yaz

Qaraciyər sirrozundan əziyyət çəkən aktyor Elvin Ağayev qaraciyəri dəyişdiriləndən sonra xəstəxanadan evə buraxılıb.

Aktyor bu barədə öz sosial şəbəkə hesabında məlumat verib.

O qeyd edib ki, 3 avqustda uğurlu əməliyyat keçirdikdən sonra artıq həkimlərin razılığı ilə müalicəsini evdə davam etdirəcək. Aktyor, müalicə prosesinin 6 ay davam edəcəyini deyib.

Qeyd edək ki, uzun müddətdir, qaraciyər sirrozundan əziyyət çəkən Elvin Ağayevə öz bacısının qaraciyəri köçürülüb.

İlk yorumu siz yazın