Eltondan etiraf: “Həyat yoldaşımı çox incitmişəm”

Eltondan etiraf: “Həyat yoldaşımı çox incitmişəm”
Tarix : Oxunma : Yorum Yaz

Ekranlarda gec-gec görünən Elton Hüseynəliyev Arb televiziyasında yayımlanan «Günaydın Azərbaycan” verilişində Xoşqədəm Hidayətqızının qonağı olub.

AZXEBER.COM xəbər verir ki, canlı ifalar və maraqlı açıqlamalarla yadda qalan verilişdə müğənni peşmançılıqlarından söz açıb.

O, həyat yoldaşını çox incitdiyini etiraf edib:

«Mənə elə gəlir ki, bütün kişilər öz xanımlarına minnətdar olmalıdır. İlk olaraq ona görə ki, xanımlar bizə Allahın əmanətidir. Allah ailələrimizi var eləsin, olmayanlara ailə qismət olsun. Tamilla mənim həyatdakı qismətimdir. Etiraf etmək istəyirəm ki, o, həqiqətən də mənim yarımdır. Mənim canımın yarısı ondadır. Onu çox incitmişəm, çox zəhmət vermişəm. Peşmanlıq fayda vermir əslində, amma yenə də peşmanam. Allahdan bir arzum var ki, sağ ikən bu həyatda onun razılığını alım. Özünə də demişəm. Nə də eləsəm, onun könlünü ala bilmərəm. O, desə də səndən razıyam, elə deyil. Tamilla olmasa idi, indi mən də burda olmazdım”

İlk yorumu siz yazın