«Bu sahədə olan insanların həyat yoldaşları güclü olmalı və psixologiyanı bilməlidirlər».
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elton Hüseynəliyevin həyat yoldaşı, prodüser Tamilla Hüseynəliyeva «7 Özəl» proqramında deyib. Tamilla kişi ifaçıların xanımlarından söz açıb. O bildirib ki, məşhur kişinin həyat yoldaşı psixologiyanı bilməlidir.
Tamilla övladlarının Eltonu qısqanmasından söz açıb:
«Bəzən qızlar gəlir ki, şəkil çəkdirsinlər. Deyirəm, çəkinməyin, gəlin. Hətta bəzən özüm şəkillərini çəkirəm. Bir dəfə Eltonun konsertində qızlar şəkil çəkdirməyə başladılar. Baxdım ki, qızım Nuray kənarda ağlayır. Qısqanıb atasını. Şükür, mən qısqanclıq yaşamıram. Bunu qəbul edirəm».
Qeyd edək ki, Elton və Tamilla cütlüyünün iki qız övladı var.