Elnarə Röya və Natavanla görüşməməyinin səbəbini açıqladı

Elnarə Röya və Natavanla görüşməməyinin səbəbini açıqladı
Tarix : Oxunma : Yorum Yaz

«Kin, qəzəb, paxıllıq müxtəlif xəstəliklərə yol açır: ciyər, ürək. Özümü neqativlərdən uzaq saxlayıram».

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova «10-da görüşək» verilişində deyib. Sənətçi «W-trio» qrupu və oradakı həmkarları ilə bağlı sualları cavablandırıb. Elnarə nə üçün görüşmədiklərinin səbəbini açıqlayıb:

«Məni görən qızları, qızları görən məni xatırlayır. Mənə görə hər şey qaydasındadır. Görüşməyə vaxtım yoxdur: səhərdən günün ilk qismi ailəm, övladlarımla məşğul oluram. İki uşaq səhər, ikisi axşam məktəbə gedir. Hazırlıqlara aparıram, gətirirəm, yedizdirirəm, geyindirirəm. Həftəiçi beş gün belə davam edir. Qrafikdən çıxa bilmirəm, canlı efir, çəkiliş götürmürəm. Mənim üçün prioritet ailəmdir. Günün ikinci yarısı Rövşənə (həyat yoldaşı — red.) həvalə edirəm».

İlk yorumu siz yazın