Elnarə onları meyxanaçı hesab etmir

Elnarə onları meyxanaçı hesab etmir
Tarix : Oxunma : Yorum Yaz

«Heç vaxt meyxanaçı ilə duet oxumazdım. Meyxana sənətinə böyük hörmətim var. Söhbət əsl meyxanadan, əruz vəznində olandan, sinədəftər meyxanaçılardan gedir. «Təki mahnı olsun xatirinə» deyilən meyxanalar yox. Məsələn, Ağasəlim Çıldaq, Kərim, Ağamirzə…».

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova «Şourum» proqramında deyib. Sənətçi heç vaxt meyxanaçılarla duet oxumayacağını açıqlayıb.

Elnarə eyni zamanda Namiq Qaraçuxurlu və Pərviz Bülbüləni meyxanaçı hesab etmədiyini söyləyib:

«Onları son on ildə mahnıda tanımışam, görmüşəm. Onlar haqda o sözü deyə bilməyəcəm. Əsl meyxana deyənlərin yanındayam. O sənətə pərəstiş edirəm».

İlk yorumu siz yazın