Elnarə ərini arxiv fotosu ilə təbrik etdi: “Hər dərdimin əlacısan”

Elnarə ərini arxiv fotosu ilə təbrik etdi: “Hər dərdimin əlacısan”
Tarix : Oxunma : Yorum Yaz

Müğənni Elnarə Xəlilova əri Rövşən Cahangirovla bağlı paylaşım edib.

Yenisabah.az xəbər verir ki, o, Rövşənin doğum gününü arxiv fotosu ilə təbrik edib.

İfaçı yazıb: «Bu gün mənim ömür-gün, əsgərlik yoldaşımın, sirdaşımın, dostumun, sevgilimin, övladlarımın atası polkovnikin doğum günüdür. Yaxşı ki, varımsan, həyatımın yoldaşı, ürəyimin sirdaşısan. Həyatda arxalana biləcəyim yeganə dayağım, hər dərdimin əlacısan.

Səni qismətimə çıxartdığı üçün Allahıma nə qədər təşəkkür etsəm, azdır. Hər anımın mahiyyəti, hər dəqiqəmin dəyəri, hər saatımın əhəmiyyəti və hər günümün bayramısan.

Səninlə bundan sonra mənə nə olsa da zaval yoxdur. Şükür bu günümüzə. Allah heç bir ailəni böyüksüz, üzüyünü qaşsız qoymasın».

Xatırladaq ki, Elnarə və Rövşən cütlüyünün dörd övladı var.

İlk yorumu siz yazın