«Elit Star” ləqəbi ilə tanınan müğənni Cəmilə TV-yə kömək üçün gəlmiş bir xanımı sərt qınayıb.
Yenisabah.az xəbər verir ki, ”Ümid ilə gəl”də ekspert qismində danışan sənətçi şikayətçini qarşı tərəfi yaxşı tanımadan evlənməkdə ittihamlayıb:
“Kimisə tanımadan evlənmək olmaz. Bu dəqiqə ölkəmizdə alfonslar baş alıb gedir. Birini orda, birini burda “alırlar”. Onlar baxır ki, kimin evi, bağı, atasından qalmış nəyisə varsa, ona yaxınlaşırlar. Alfonslar hətta buna görə arvadını da boşayır. Mənim qızım olsa, oğlanın nəslini-kökünü arayıb axtarmamış vermərəm. Ana hara baxırdı?!”
Həmin görüntüləri təqdim edirik: