Aparıcı Elgiz Əkbərin başına iş gəlib.
O, həftəsonu yediyi balıqdan zəhərləndiyini deyib. Bu haqda Elgiz «Elgizlə izlə» proqramında danışıb.
«Üstümə iki dəfə təcili yardım gəldi. Qəfildən başımdan ağrı qalxdı, təzyiqim 180-ə qalxdı. Az keçmədən 200 oldu. Təcili yardım gəldi, mədəmi yudular. Məlum oldu ki, balıqdan zəhərlənmişən. Balığı bizə kim gətirmişdi deməyəcəm. Pərvanə (aparıcı — Pərvanə Tahirqızı) və Şəfiqə xanım (vəkil Şəfiqə Nağıyeva) da yemişdi. Onlar da pis olub. Balığı gətirən özü yemədi, dostumuzdur» deyə, Elgiz əlavə edib.