“Elə bil atamın dükanıdır, bilet istəyirlər”

“Elə bil atamın dükanıdır, bilet istəyirlər”
Tarix : Oxunma : Yorum Yaz

Xalq artisti Eldar Mansurov “Şənbə axşamı” verilişinə qonaq olub.

Axşam.az xəbər verir ki, oktyabrın əvvəlində Heydər Əliyev Sarayında 70 illik yubileyinə həsr olunmuş konsertindən danışan bəstəkar yaşdadığı çətinliklərdən söhbət açıb:

“Elə bil atamın dükanıdır, məndən bilet istəyirlər. Müəllif konserti olduğuna görə müəyyən sayda bilet verilmişdi. Məsələn, 300 nəfər qonaq dəvət edəcəyimi nəzərdə tutmuşamsa, mənə də 100-150 bilet veriblər. Qalmışam ki, onun-bunun arasında necə bölüm. Xeyli bileti də cibimdən pul verib alıb, paylamışam. Çox çətin məsələdir. Dəvətnamələri verəndə sanki toydakı kimidir. Kimi kimin yanında otuzdurasan. Bu ən böyük problemdir».

İlk yorumu siz yazın