«Elə bir gün yox idi ki, gecə ağlamayım»

«Elə bir gün yox idi ki, gecə ağlamayım»
Tarix : Oxunma : Yorum Yaz

«Sosial şəbəkədə qışqıram, nəsə paylaşan deyiləm. Bəziləri sosial mediada çox çıxış edir. Göstərişi sevən insan deyiləm. Amma çox vətənpərvərəm».

Axşam.az xəbər verir ki, bu sözləri müğənni İlhamə Qasımova «ATV səhər» proqramında deyib. Uzun müddət ABŞ-da yaşayan sənətçi keçirdiyi çətin günlərdən danışıb:

«Dünyanın bir çox yerində olmuşam. Uzunmüddətli qalsam belə heç vaxt ölkəmin bir parçasını oradakı komforta dəyişmərəm. Çox insan deyirdi ki, niyə qayıtdın? Məcburiyyətə görə uzun müddət qaldım. Amma elə bir gün olmurdu ki, gecə ağlamayım. Çox darıxırdım. Nə qədər müasir olsam da, ölkəmin mədəniyyətinə, əsl mentalitetə bağlı insanam. Başqa yerdə bunu hiss etməyəndə, mənə pis təsir edir. Durub böyüyə yer verməyi, kiməsə «siz» deyərək müraciət etməyə fikir verənəm. Çox acınacaqlıdır ki, gənclər böyüklərlə «sən»lə danışır, Qərbin mədəniyyətinə aludə olublar». 

İlk yorumu siz yazın