«Elə bil dünya dağılıb altında qalmışam»

«Elə bil dünya dağılıb altında qalmışam»
Tarix : Oxunma : Yorum Yaz

Müğənni Xatun Əliyevanın stilist qardaşı Balaşın vəfatından bir il ötüb.

Axşam.az xəbər verir ki, sənətçi bunla bağlı paylaşım edib. Xatun Balaşın fotolarını yayımlayaraq, bunları yazıb:

«Balaşım, bilirsən, özümü necə pis hiss edirəm? Heç sən dünyanı dəyişəndə özümü bugünki kimi pis hiss etməmişdim. Elə bil dünya dağılıb altında qalmışam. Bu bir ildə elə bildim yanımdasan, bu gün elə bil təməlli getdin. Əlimdən nə gəlir ki, necə durdura bilərdim zamanı, amansız xəstəliyi… Demək ki, Allah belə məsləhət bilib, insan oğlu heç nə və heç kim imiş. Sadəcə, biz səndən, sən isə balalarından doymadın. 

Hamı deyir, özünü ələ al, toparlan. Amma sənsizlik necə olacaq? Məni kim əzizləyəcək, kimin mənə canı yanacaq, mənə görə dünyanı kim dağıdacaq? Sən mənim dünyam, dayağım, sirdaşım, atam, anam, dostum, göz bəbəyim idin. Allah sənə qəni, qəni rəhmət eləsin. Yerin cənnət olsun. Mənim mərhəmətli şah qardaşım».

Qeyd edək ki, Balaş xərçəngdən dünyasını dəyişib. 

İlk yorumu siz yazın