«Elə ağır xəstəliyə düçar oldu ki, utandığımızdan demədik»

«Elə ağır xəstəliyə düçar oldu ki, utandığımızdan demədik»
Tarix : Oxunma : Yorum Yaz

Xalq artisti Fatma Mahmudova həyat yoldaşı Tofiq Qarayevdən danışıb.

Axşam.az xəbər verir ki, aktrisa mərhum həyat yoldaşının Birinci Qarabağ müharibəsində döyüşməsindən söz açıb. Bu haqda «Bizimləsən» proqramında danışan F.Mahmudova kövrəlib:

«Ağdamda səngərlərdə əsgərlər qarşısında xidmət etmişəm. Onlara təbəssüm bəxş etmişəm. Tofiq 1992-ci ildə bizimlə Bakıya gəlmədi. Gəldi teatra qəbul oldu, amma Ağdamsız yaşaya bilmədi və orduya qayıtdı. Başladı vuruşmağa. Orada travma aldı. Ağdamı itirməkdən çox qorxurdu. O qədər dəhşətləri gözüylə gördü ki, ayağından, canından zədə aldı. Elə bir ağır xəstəliyə düçar oldu ki, utandığımızdan çıxıb demədik. Demirəm ki, Tofiq Qarayev döyüşdə aldığı zədəyə görə sənətini, həyatını itirdi. Hər zaman deyirdi ki, Zaura (Zaur Baxşəliyev — red.) de, mənə kömək olsun. Qürurumu sındırmadım. Ciyərində qəlpə yarası var idi, ondan dünyasını dəyişdi. Ayağından da əməliyyat edilmişdi. Yalvarırdı ki, mənə bir parça ciyər verən olsaydı, yaşayardım».

İlk yorumu siz yazın