Əməkdar artist Ehtiram Hüseynovun səhhətində ciddi problem yaranıb.
Axşam.az xəbər verir ki, muğam ifaçısı dağınıq sklerozdan (iltihabi xəstəlik olub , baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsidir) əziyyət çəkir. Bu haqda E.Hüseynov özü məlumat verib.
Xanəndə türkiyəli müğənni Sərdar Ortacın «MS bu gün yaxşıykən sabah pis, növbəti gün təkrar yaxşı olub insanları təəccübləndirmək deməkdir» sözlərini paylaşaraq «İnşallah, MS-nin də çarəsi tapılar» sözlərini yazıb.
Sənət dostları isə onu şəfa və tezliklə sağalmasını diləyiblər.
Qeyd edək ki, E.Hüseynov 2019-cu ildə Xalq artisti Nəzakət Teymurovanın solo konserti ərəfəsində səhhətində olan problem tamaşaçıların diqqətindən qaçmamışdı. Həmin vaxt zalda olan sənət adamları göz yaşlarını saxlaya bilməmişdi. Ondan sonra xanəndə 1 il efirlərə çıxmayıb.