“Özəl kanallarda musiqili-əyləncəli formata, gündə 3 saat limit qoyulsa, ölkədə şou anlayışının, şou aparıcıların və təbliğ olunan musiqilərin keyfiyyəti yüksələcək”.
Bu sözləri müğənni-bəstəkar Murad Arif sosial şəbəkədə yazıb.
“Telekanallarda ən əsas tələb isə «Müğənnilər danışmasın» olsun. Bizim efirlərin problemi bayağı əyləncəyə limitsiz azadlıqdır. Görəsən, 2025-də nanaynanay azalar?”- sənətçi etirazını bildirib.