Türkiyəli müğənnilər Ebru Gündeş və Demet Akalın ötən gün eyni səhnəni bölüşüb.
Gecədə maraqlı məqamlardan biri Demetin həmkarına «Evilik var?» sualı ünvanlaması olub. Bununla da uzun zamandır özündən 19 yaş kiçik iraqlı iş adamı Rassan Xoşnavla evlənəcəyi iddia olunan Gündeş xəbərləri təkzib edib.
«Haqqımda çox danışırlar, yalanlarla dolu çox iddia var. 5 ildir qarşılıq verib danışmıram» deyə, ifaçı bildirib.
Qeyd edək ki, Gündeşin Xoşnavdan Dubayda dünyanın ilk yeddiulduzlu hoteli «Burj Al Arab»ın kral dairəsində dəyəri 1.8 milyon dollar olan təkdaş üzüklə evlilik təklifi aldığı iddia olunub.