Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan Times Higher Education təşkilatı və Qərbi Kaspi Universitetinin birgə təşkilatçılığı Bakıda beynəlxalq təhsil forumu keçiriləcək.
Sentyabrın 28-də keçiriləcək və “Davamlı gələcək üçün tərəfdaşlar” mövzusuna həsr olunacaq Forumda ABŞ, Almaniya, Britaniya, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Portuqaliya, Pakistan, Malaziya, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Tacikistan və s. onlarla ölkədən yüzlərlə tədqiqatçı, professor, ekspertlər fiziki və onlayn rejimdə iştirak edəcəklər.
Forumda BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn çağırışlar, təhsilin üzləşdiyi problemlər və onların həlli yolları nəzərdən keçiriləcək.
Jurnalistlər fasilələrdə tanınmış professorlardan müsahibələr, açıqlamalar da götürə bilərlər.
Tədbirin başlanma və bitmə vaxtı: 28 sentyabr, saat: 10.00-15.00.
Tədbirin yeri: Qərbi Kaspi Universitetinin Nərimanov korpusu, Əhməd Rəcəbli 3
Tədbirin media koordinatoru ilə əlaqə:
0124926163 (daxili 31); +994 2636350 (Vüsal Məmmədov), +994 70 5019035 (vatsap)
Konfransda iştirak edəcək KİV nümayəndəsinin ad, soyad və əlaqə nömrəsi öncədən qeydiyyat üçün media koordinatoruna göndərilməlidir Bu, müxbirə təşkilatçı tərəfindən bacik hazırlanması üçün də lazımdır.