İlk dəfə olaraq Azərbaycanın ali təhsil müəssisələri, eləcə də bütün elmi-tədqiqat institutları üçün dünyanın ən böyük elmmetrik bazası olan “Scopus”a çıxış imkanı təmin ediləcək.
Bu məqsədlə Elm və Təhsil Nazirliyi ilə “Elsevier” şirkəti arasında müqavilə imzalanıb.
Qeyd edək ki, “Scopus” ən böyük elmmetrik baza olmaqla yanaşı, həm də beynəlxalq reytinqlər üzrə universitetlərin elmi-tədqiqat göstəricilərinin hesablanması üçün istifadə edilən platformadır.
Bununla bağlı keçirilən tədbirdə Qərbi Kaspi Universitetinin əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Səltənət Ağayeva da iştirak edib.