«Dişini yumayan, ayağı ayaqqabı görməyənlər məni tənqid edir»

«Dişini yumayan, ayağı ayaqqabı görməyənlər məni tənqid edir»
Tarix : Oxunma : Yorum Yaz

«Tənqid üçün ürəyim gedir. Tənqid insanı inkişafa aparır. Qara Qarayev deyib ki, tənqid edənləri qızıl axtaranlara bənzədirəm. Tənqidçilər sübut edəcək qədər tənqdi bacarmalıdırlar».

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan «Qonaqcanlı» proqramında deyib. Müğənni sosial şəbəkədə onu tənqid edənlərə cavab verməyib:

«Yoxsa savadsız, ailə tərbiyyəsi, məktəb, parta görməyən, dişini yumayan, ayaqqabı görməyən, ancaq çəkələk geyinən sənə şərh yazır ki, bunu bəyənmirəm. Bu, musiqiyə, bizim savada təhqirdir. Konsevatoriyada musiqişünaslar və tənqidçilər ayrıdır. Biz musiqi ifa edəndə gözləyirik ki, tənqidçilər tənqid etsin və biz inkişafa gedək».

İlk yorumu siz yazın