Müğənni Dilarə Kazımova atasının ölümündən danışıb.
Axşam.az xəbər verir ki, «Özəl» proqramında qonaq olan sənətçi onun vəsiyyətindən bəhs edib:
«Ailədə iki uşaq olmuşuq — mən və bacım. Atam 12 yaşım olanda vəfat edib. O zamanlar mən məhv olmuşdum. Sonra anladım ki, həyat davam edir, hər şeyə rəğmən yaşamaq lazımdır.
Atam rəhmətə getmədən öncə mənə tapşırmışdı ki, fortepianoda ifa etməyi öyrənim. Və mən onun istədiyini etdim, bilirəm ki, mənimlə fəxr edir».