Rəqqasə Fatimə Fətəliyeva instaqramda canlı yayımda izləyicilərinin suallarını cavablandırıb.
Axşam.az xəbər verir ki, sənətçi bir müddət əvvəl açdığı fast-food kafesini bağladığını deyib. O bildirib ki, işi yaxşı getməyib və dayandırmalı olub.
Fatimə «Məhərrəmlikdə toy yoxdur, necə dolanırsınız» sualına «Toya getmirəm, xına məclisi aparıram. Salonumun hesabına dolanıram. Yığdığımı da xərcləyirəm, nə etməliyəm ki… Heç kimdən dilənmirəm, kiməsə möhtac da deyiləm» cavabını verib.
Sənətçi əvvəl övladlarını göstərdiyini, indi isə onları kameradan uzaq saxladığı haqda yazılanlara «Qızımı subay olanda göstərmişəm, artıq olmaz. Ailəlidir» reaksiyasını verib.
Qeyd edək ki, Fatimənin övladı Aydan ailəlidir və bir qız övladı var.