«Deyirdilər, səhhətinə görə efirə çıxmır, amma…»

«Deyirdilər, səhhətinə görə efirə çıxmır, amma…»
Tarix : Oxunma : Yorum Yaz

«Deyirdilər, Vüsalə Əlizadə səhhəti ilə bağlı efirə çıxmır. Amma ad gününə gedibmiş».

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı-aktyor Elcan Rəsulov öz verilişində deyib. O, «El canlı»ya qonaq gələn müğənni Aysel Əlizadənin bir müddət əvvəl keçirdiyi ad günündən görüntülər yayımlayıb. 

Ad günündə aparıcı Vüsalə Əlizadənin görüntüsünü görən Elcan onun səhhəti ilə bağlı efirə çıxmaması məsələsinə toxunub. 

Elcanın sözlərinə Aysel «Ad günümdə öskürürdü» deyərək, Vüsaləni müdafiə etməyə çalışıb.

E.Rəsulov «Belə rəfiqə yoxdur… Məsələni ört-basdır etmək istəyir. Öz verilişində yoxdur, hamı yazırdı. Dedilər, səhhəti ilə bağlı çıxmır efirə» sözlərini əlavə edib.

Qeyd edək ki, Vüsalə bir müddətdir «7 canlı» verilişindən uzaqlaşıb.

İlk yorumu siz yazın