Demetlə əri Rza Zərrabın 50 milyon dollarını mənimsəyib — İddia

Tarix : Oxunma : Yorum Yaz

Aparıcı Seyhan Soylu müğənni Demet Akalın və həyat yoldaşı Okan Kurtla bağlı irəli sürdüyü iddia ilə gündəmi zəbt edib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iddiaya görə, 2018-ci ildə Demetlə Okan İtaliyaya istirahətə gedir. Orada Ebru Gündeş və Rza Zərrabla qarşılaşırlar. Ebru ilə Demetin münasibəti dostluğa çevrilir və Okan, Rza Zərrabdan 50 milyon dollar borc alır.

Türkiyəyə qayıtdıqdan sonra isə iflas etdiyini açıqlayır və pulu geri qaytarmır.

Xatırladaq ki, Demet Akalın ilə Okan Kurt 2018-ci ildə boşanmışdı, ancaq onlar eyni evdə yaşamağa davam edirdilər.

İlk yorumu siz yazın