“Yadımdadır, 2015-ci ildə mən “ANS”dən öz ərizəmlə çıxdıqdan 1 gün keçməmişdi. Mənə “ATV”, AzTV və “Xəzər”dən təkliflər gəldi. “Xəzər”dən zəng edən mötəbər şəxsə o vaxt “Mənim işləyəcəyim və özümü gördüyüm telekanal deyil” cavabını vermişdim”.
Axşam.az xəbər verie ki, bu sözləri aparıcı Aytən Səfərova sosial şəbəkədə yazıb. “Xəzər TV”də çalışan aparıcı telekanalın 15 yaşını təbrik edib. O bildirib ki, illər əvvəl bu kanaldan təklif alanda imtina edib:
“Sonralar bu cavabımın altını çəkdim, çəkdirdilər… Bütün bunlar məni daha da güclü etdi. Və bu gün “Xəzər TV” hər bir peşəkarın çalışmaq istədiyi 1 nömrəli televiziyadır! 25 illik əziyyət, zəhmət, enişli-yoxuşlu televiziya və radio yolumun (bəlkə də) sonunda Tanrıdan bir hədiyyədir mənə, bu gün “Xəzər”də olmaq. Doğma “Xəzər”imiz! Yaxşı ki, varsan”.