«Dedilər ki, Afaq Bəşirqızının vəziyyəti pisdir»

«Dedilər ki, Afaq Bəşirqızının vəziyyəti pisdir»
Tarix : Oxunma : Yorum Yaz

«Biz sənət fədayisiyik. Hədsiz sevirik sənəti. Elə an olub ki, uşaqlar dayanıb, əlimi uzatmışam, tamaşaçı görməyib. Əliqismət Lalayev ( Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru -red.) qışqırıb ki, ona dərman verin. Üzümü çevirib dərmanı atıb, səhnəyə çıxmışam. Bu biri küncə gəlib, orda dərman atmışam. Teatra görə etmişəm».

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı «Gəl qonaq ol» proqramında deyib. Aktrisa səhnədə başına gələnlərdən danışıb. Verilişdə yer alan  Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqsimət Lalayev AşBəşirqızı ilə bağı bunları söyləyib:

«Tamaşa oynayırdıq, bitənə yaxın uşaqlar dedilər ki, Afaq xanımın vəziyyəti pisdir. Gördüm ki, rəngi qaşıb, yaxşı deyil. Afaq dedi ki, pisəm. Təcili yardım gəldi və apardı, birbaşa reanimasiyaya, ordan da ürək əməliyyatı oldu. Afaq xanım belə çətinliklərdən keçib. Onun kimi sənət adamlarının qədrini bilmək lazımdır».

Qeyd edək ki, A.Bəşirqızı bir müddət əvvəl xərçəngdən əziyyət çəkdiyini, əməliyyat olunduğunu açıqlayıb.

İlk yorumu siz yazın