“Dedi ki, aktyorluq mənlik deyil” — Şəhidlə bağlı xatirəsi kövrəltdi

“Dedi ki, aktyorluq mənlik deyil” — Şəhidlə bağlı xatirəsi kövrəltdi
Tarix : Oxunma : Yorum Yaz

“Star Casting”in direktoru Xətai Mehbalıyev düşmən təxribatı nəticəsində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin zabiti, leytenant Ravil Hümbətovla bağlı xatirələrini bölüşüb.

Bu barədə o, feysbuk səhifəsində yazıb.

O, Ravili on ildən çoxdur tanıdığını bildirib: “Bizdən biraz aşağıda məcburi köçkünlərin yerləşdirildiyi binada qalırdı. Bir neçə il demək olar hər gün bir yerdə olurduq. Çox təmiz, ürəyiaçıq, mərhəmətli, çox təmiz ürəyə sahib insan idi”.

Mehbalıyev Hümbətovun bir ara aktyor olmaq həvəsinə düşdüyünü bildirib: “Dedim, köməklik edərəm. Sonradan dedi, əşi, yox, mənlik deyil. Bu fotoları, səhv etmisəmsə, “Son addım” serialının kastinqi zamanı çəkmişdik. Çox vaxt dediyi bir cümlə var idi: “Vaxt gələcək bütün Azərbaycan mənimlə fəxr edəcək”. Biz isə gülüb keçərdik. Ama o dedi və etdi. Bütün Azərbaycan səninlə fəxr edir, Ravil. Ruhun şad olsun, əziz dost”.

Qeyd edək ki, R. Hümbətov əslən Cəbrayılın Yarəhmədli kəndindəndir. O, ailəlidir, iki azyaşlı övladı var. Şəhid leytenanta ikinci övladını cəmi iki gün görmək nəsib olub.

İlk yorumu siz yazın