“Damlanın super təmirli iki evi var, üçüncüsünə namizəddir“

“Damlanın super təmirli iki evi var, üçüncüsünə namizəddir“
Tarix : Oxunma : Yorum Yaz

“Mərdəkanda villası olan, amma ulduz həyatı yaşamayan 20 müğənnimiz var. Zaman hər şeyi göstərəcək. Zamanla səhv, yoxsa düz etdiyimizi biləcəksiniz. Heç kimin həyatı bizə maraqlı deyil. Bizim həyatımız mənə maraqlıdır. Bizim düz yolda olduğumuzu düşünürəm. Bir müğənni ki yutub portalında səviyyəsiz işlər təqdim edirsə, neyləyirəm, bu yolla alınan villaları?! Əgər materiallarım gülünc vəziyyətdədirsə,  arxamda bir yığın zibillik varsa, o villanı istəmirəm”.

Bu sözləri Yenisabah.az-a müğənni Damlanın prodüseri Şamil deyib.

O, fikirlərinə bu cür davam edib:

“Damla xanımın super təmirli iki evi var. Üçüncüsünə də namizəddir. Yaxında qəşəng villa da alar. Bayaq vurğuladığım Mərdəkanda villası olan, amma ulduz həyatı yaşamayan müğənnilər var. Onlar da, biz də şəhərdə gəzməyimizlə ulduzun kim olduğu, hiss olunacaq. Damla xanım sənətini sevir. Aygün Kazımova onun örnəyidir. Mən eşitdiyimə görə, Aygün Kazımova həmişə evsiz olub. Evini satıb layihələrə xərcləyib. Bu baxımdan Aygün Kazımova Damla xanım üçün nümunədir. Bu mənada Röya xanım da öndədir. Röya xanımın indi villası var. 20 ildir, Röya xanım villada yaşamırdı ki… Hamısı indi ərsəyə gəlib. Villa  qaçmır. Əsas sənətdir. Sənətə yatırım edəndə zamanla sənət üçün etdiyin yatırım sənin xeyrinə işləyir”.

İmamət İSMAYILOVA 

İlk yorumu siz yazın