Müğənni İbrahim Borçalının səhhətində problem yaranıb.
Axşam.az xəbər verir ki, sənətçi bu haqda «7 canlı» proqramında danışıb. O bildirib ki, illərdir böyrəyində problem var:
«Tez-tez böyrəyimi təmizlətdirirəm. Çarəsi yoxdur. Böyrəyim anomaliyadır. O qədər güclü işləyir ki, daş istehsal edir. Deyiblər, bu sənlə yaşayacaq. Şəkər xəstəliyi tapmışam, dərtdən. Dilimdə uyuşma olur, heç həkimə getmirəm».
Qeyd edək ki, İbrahim Borçalı bir müddət əvvəl oğlunu itirib. Rəhim avtomobil qəzasında dünyasını dəyişib.