Müğənni Sərdar Ortaç ötən gün baş tutan konsertindən öncə media nümayəndələrinin suallarını cavablandırıb.
Axşam.az türk mediasına istinadən xəbər verir ki, ata olmaq üçün gecikdiyini deyən ifaçı açıqlamaları ilə diqqət çəkib.
«Bu günə qədər belə bir imkanınız olmadı» sualına Sərdar «Neçə övladım olacaqdı, hamısı uşağı tələf etdi. Heyif…» cavabını verib.
«Onlar arasında bizim tanıdıqlaımız var» sözlərinə müğənni «Var… İsdəmədilər. Gənc idilər. Onlar da haqlı, bir şey demirəm» reaksiyasını verib.