Əməkdar artist, «Dədə Süleyman» kimi tanınan Süleyman Abdullayevin səhhəti pisləşib.
Xanəndənin səhhəti ilə bağlı Yenisabah.az-a danışan oğlu Cümşüd Abdullayev hazırda sənətçinin səhhətinin normal olduğunu deyib:
“Atamın ayaq barmağı amputasiya olunub. Bir müddət əvvəl ayağının bir barmağı kəsilmişdi. Digər barmağı qanqren verdiyinə görə həkimlər onu da kəsməyə məcbur oldular. Ayağındakı problemə səbəb onun yüksək şəkərli diabeti olub. Hazırda ev şəraitində müalicəsini davam etdirir”.