Çingiz Əhmədov Rafaellə Coşquna söz atdı

Çingiz Əhmədov Rafaellə Coşquna söz atdı
Tarix : Oxunma : Yorum Yaz

«Həyat yoldaşım hüquqşünasdır. Ziyalı ailənin övladı olub. O vaxt qayınatam onu mənə vermirdi. Amma ona sübut etdim ki, ailəcanlıyam, onu qoruyacam. Deyirdi ki, aktyordu taleyi küçələrdədir. Maşallah, qızım ailəlidir, oğlum da göz önündədir».

Axşam.az xəbər verir ki, bu sözləri  Əməkdar artist Çingiz Əhmədov «Həmin Zaur» proqramında deyib. Həyat yoldaşından danışan aktyor qayınatasının onu istəməməsindən danışıb.

Ç.Əhmədov aparıcının «Demisiniz ki, Rafael-Coşqun Rəhman-Çingiz (Əməkdar artist Rəhman Rəhmanov — red.) birləşməsinin təkrarıdır» sözlərinə belə cavab verib:

«Hər kəsin öz yolu var. Müəyyən vaxta qədər arvad paltarı geyindik, sonra saxladıq, geyinmədik. Biz bunu sovet dövründə etmişik. Konsertlərinə getməmişəm, vaxtım olmur. 2009-cu ildə sonuncu konserti verdim və dedim ki, qadın paltarı geyinmək bitdi. Əgər mən onları öz konsertimdə görməmişəmsə, niyə gedim onların konsertinə?».

İlk yorumu siz yazın