«Cavanşir Məmmədov məhkəmədə nəyin baş verəcəyini haradan bilir?»

«Cavanşir Məmmədov məhkəmədə nəyin baş verəcəyini haradan bilir?»
Tarix : Oxunma : Yorum Yaz

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədovla qızı Xatirənin keçmiş sevgilisi, Türkiyə vətəndaşı Kemal Mustafa arasındakı qalmaqal davam edir. 

Proqramın bugünkü buraxılışında hər iki tərəf iştirak etməyib. Aparıcı Lalə Azərtaş bildirib ki, Cavanşir Məmmədovun tələbi ilə məhkəmə qərarı qəbul edilənə kimi Mustafa efirlərə çıxmayacaq:

«Bu gün məhkəmədə iclas keçirilib və orada bu proqramda ekspert qismində çıxış edən vəkilimiz də iştirak edib. Gözlənilən iclas idi. Mustafanı müdafiə edən vəkilimiz istintaq getdiyi üçün bizə məlumat verə bilmədi. Sadəcə bir kəlmə söylədi ki, intizam imzalanıb. Cavanşir Məmmədovun tələbi ilə məhkəmənin qərarı qəbul edənə qədər Mustafa efirlərə çıxmayacaq. Vəkilimiz də dərhal söylədi ki, Mustafa tək deyil, o zamanda Cavanşir Məmmədov da verilişlərdə iştirak etməsin. Haqlı istəkdir, məhkəmədə bu məsələ də dəyərləndirilir. Onlar da imza atırlar. Cavanşir Məmmədov da efirlərə çıxmayacaq. Bu gün bu qərar qəbul olundu».

Lalə Azərtaş Cavanşir Məmmədovun məhkəmə ilə bağlı verdiyi proqnozların düz çıxmasına təəccübləndiyini də bildirib:

«Məni maraqlandıran isə başqa məsələdir. Ötən gün Cavanşir Məmmədov reklam fasiləsində mənə dedi ki, bu gün məsələni yekunlaşdır. Cavab verdim ki, yox. Mustafa məhkəmədən gəlsin və görək məhkəmənin birinci mərhələsi necə oldu. Cavanşir müəllim isə deyir ki, yaxşı, siz deyən kimi olsun, onsuz da sabah intizama imza atılacaq və Mustafa efirinizə gəlməyəcək. Maraqlı məqam da məhz budur. Burada ilişib qalmışam və bunu anlaya bilmirəm ki, hakim intizama imza atdırmağı əvvəlcə Cavanşir müəllimlə məsələhətləşir? Yoxsa Cavanşir müəllimin çox güclü yeddinci hissi var? Bir insan haradan bilər ki, sabah məhkəmədə nə baş verəcək? Cavanşir Məmmədov studiyada oturub onsuz da görəcəksiniz bu məsələdə mən qalibəm, buradan qaçış yoxdur, buna görəmi deyirdi? Maraqlıdır ki, bu qədər çox inandığım qanunun şah olduğunu hər gün bar-bar bağırdığım bir yerdə necə ola bilir ki, Əməkdar artist sabah nə baş verəcəyini yekun olaraq mənə deyə bilir? Bu axı necə baş verir? Bu sualın cavabını tapmağa çalışacağam. Belə çıxır ki, əgər Cavanşir müəllim intizama imza atılacağını əminliklə deyir və bu məsələ olursa, deməli adam məhkəmədə də qalib gələcək. 

Cavanşir Məmmədov qonşu kanalların birinin efirində demişdi ki, sən məhkəməni haqlı olmasanda uda bilərsən. Mənə onun həmin bu çıxışını göndərmişdilər.  Mən isə qanunun aliliyini yenidən görmək istəyirəm və həqiqətən də qərar ən doğru formada verilsin. Amma yenə də deyirəm ki, Cavanşir müəllimin pulu əlində çıxıb və həmin məbləğ ona geri qaytarılmalıdır».

İlk yorumu siz yazın