Cavanşir Feyziyevin şirkəti növbəti dəfə cərimələndi

Cavanşir Feyziyevin şirkəti növbəti dəfə cərimələndi
Tarix : Oxunma : Yorum Yaz

Deputat Cavanşir Feyziyevə məxsus (qeyri-rəsmi) şirkətə daha bir cərimə protokolu yazılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, “Avromed Company” barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Azər Tağıyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

Xatırlatma: Daha əvvəl “Avromed Company” barəsində eyni inzibati xəta ilə bağlı iki cərimə protokolu yazılıb. Bu işlər Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin və Azər Tağıyevin icraatlarına verilib.

Qeyd: “Avromed Company” 2002-ci ilin aprelindən fəaliyyətə başlayıb. Şirkət Azərbaycana xaricdən dərman gətirən şirkət kimi məşhurdur.

İlk yorumu siz yazın