Cavan Zeynallının həyat yoldaşı ötən ay vəfat edibmiş

Cavan Zeynallının həyat yoldaşı ötən ay vəfat edibmiş
Tarix : Oxunma : Yorum Yaz

Xəbər verdiyimiz kimi, Xalq artisti Cavan Zeynallının həyat yoldaşı Röya Zeynallı vəfat edib.

Axşam.az xəbər verir ki, sənətçinin xanımının ölüm xəbəri dünən yayılsa da, dekabrın 29-da dünyasını dəyişdiyi üzə çıxıb. Bu barədə “Elgizlə izlə” verilişinə sənətçinin evində çalışan köməkçisi məlumat verib.

O bildirib ki, C.Zeynallı xanımının vəfatından sonra özünə qapanıb və telefonlara cavab vermir.

Köməkçinin sözlərinə görə, Xalq artisti Röya xanımın 40 mərasimindən sonra mediaya açıqlama verəcək və dostları ilə görüşəcək.

Qeyd edək ki, ötən ilin sonunda vəziyyəti pisləşən R.Zeynallı xəstəxanaya yerləşdirilmişdi.

İlk yorumu siz yazın