«Cansuya aşiq idim» — Sərdar Ortaç

Tarix : Oxunma : Yorum Yaz

Türkiyəli müğənni Sərdar Ortaç «Şarkılar bizi söyler» verilişində aktrisa Cansu Dere ilə bağlı açıqlaması gündəm olub.

Axşam.az xəbər verir ki, ifaçı Cansuya qarşı bəslədiyi hisləri etiraf edib. O, mahnılarından birini ona həsr etdiyini də vurğulayıb:  

“Nehir gözlüm” mahnısını hələ 20 yaşımda olarkən Cancu Dereyə yazmışdım. Cansu məni buna görə, məhv edəcək, amma aşıq idim ona. Bundan xəbəri yox idi. Platonik eşq idi. Onun üçün bir mahnı yazmaq istəyirdim və bunu bəstələdim. «Mənə «hə» deyəcəksən, yoxsa qaçıb gedəcəksən» sözlərini ona yazmışdım, o da çıxıb getdi».

Xatırladaq ki, bu Sərdarın Cansu ilə bağlı ilk etirafı deyil. O, illər əvvəl verdiyi müsahibədə Cansu ilə evlənmək istədiyini bildirmişdi:

“Cansu hələ Okan Bayülgenlə birlikdə olanda onunla danışmışdım. O vaxtdan, elə indi də ona heyranam. Heç kim səhv başa düşməsin, amma indi istəsə, dərhal onunla nikah masasına əyləşərəm. Onunla evlənə bilməsəm də, evlənəcəyim qadın Cansu kimi olmalıdır. Cansu mənim arzuladığım qadındır”.

Qeyd edək ki, Cansu hazırda «Sadakatsiz» serialında Asya obrazını canlandırır. Onun müğənni Rihannanın keçmiş sevgilisi, amerikalı dünya çempionu, qılıncoynadan Maylz Çemli-Uotsonla münasibətdə olduğu iddia olunur.

İlk yorumu siz yazın