Canlı yayımda yaranan problem Toliki özündən çıxartdı

Canlı yayımda yaranan problem Toliki özündən çıxartdı
Tarix : Oxunma : Yorum Yaz

Aparıcı-prodüser Tarix Əliyev (Tolik) canlı yayım zamanı yaranan qüsurlara əsəbiləşib.

Axşam.az xəbər verir ki, o, efirdə «Tarixin bir günü» proqramının yaradıcı heyətini işləməməkdə günahlandırıb. Yayım zamanı studiyada monitorlarda yaranan qüsurlar onu özündən çıxarıb:

«Arxa görüntünü dəyişin, qaranlıq düşürəm. Hər şeyi mən etməliyəm? Beş kamera çəkən var, heç kim baxmır. Deyirlər 2 saat bitsin, təki veriliş olsun. İfaçı oxuyur, onu göstərmirlər. Bu verilişə görə canımı belə verirəm. Heç bir operator, rejissor, redaktor yolaverdi işləməyin. Kim istəmirsə durub getsin. Mən necə əziyyət çəkirəmsə, siz də elə əziyyət çəkin».

İlk yorumu siz yazın