«Cahillər, qadın Allahın əmanətidir»

«Cahillər, qadın Allahın əmanətidir»
Tarix : Oxunma : Yorum Yaz

Müğənni Günel Zeynalova şəhidlərimizlə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, sənətçi paylaşımında «Allah əsgər qardaşlarıma rəhmət eləsin. Analarımıza səbir versin. Dünyada dönən fəlakətlər sonlansın. Qiyamətə doğru» sözlərini yazıb.

Sənətçi eyni zamanda ifa etdiyi mahnını da yerləşdirib. 

Günel daha sonra «Dünya öz oxundan çıxıb. Bu necə bir rahatlıqdır, insan canı necə belə rahat alınır? Qadınlar Allahın əmanətidir — bunu bilməyən cahillər. Allaha da inanmırsınız? Sizi yaradan kimdir? Yaradan yaratdı, amma ən böyük cəzanı yaşamağınızı diləyirəm.

Müharibə… Əsgərlərimiz, qardaşlarım, analarımız… Cənnət anaların ayaqları altındadır. Necə canları yanır, amma «Vətən sağ olsun» deyirlər» sözlərini əlavə edib. 

İlk yorumu siz yazın