Türkiyəli məşhur aktyor Çağatay Ulusoyun serial başına aldığı qiymət dodaq uçuqladıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, yaxın zamanda başlayacaq «Gaddar» serialının heyətində yer alan 33 yaşlı aktyor hər bölüm üçün aldığı pul rekord qırıb.
Çağatay Ulusoy yeni serialda çəkilməyə razılaşması ilə «Türkiyənin ən bahalı aktyoru» adını qazanıb. Onun 2 milyon lirədən (təxminən 1milyon 200 yüz min manat) çox qazanacağı iddia edilib.