“Büllur” klinikası cərimələndi

“Büllur” klinikası cərimələndi
Tarix : Oxunma : Yorum Yaz

“Büllur” klinikası MMC-yə cərimə protokolu yazılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.4-ci (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması, Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə) maddəsi ilə inzibati protokollar tərtib edilib.

Daha sonra protokollar baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. İddia hakim Elməddin Hüseynovun icraatına verilib. Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

Qeyd: “Büllur” klinikası Bakıda və regionlarda fəaliyyət göstərən özəl klinikalardan biridir.

İlk yorumu siz yazın