Bülent Ersoya XAM QIZIL hədiyyə etdilər — FOTO

Bülent Ersoya XAM QIZIL hədiyyə etdilər — FOTO
Tarix : Oxunma : Yorum Yaz

Türk klassik musiqisinin «Divası» Bülent Ersoya mədəndən çıxarılan xam qızıl hədiyyə edilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Uşakda səhnəyə çıxan sənətçi pərəstişkarları ilə görüşdə öz rekordunu qırıb.

Belə ki, 70 yaşlı sənətçi 4 saata yaxın fasiləsiz səhnədə qalıb.

Uşaklı bir pərəstişkar Ersoya öz qızıl mədənlərindən çıxardığı iki parçadan ibarət xam qızıl hədiyyə edib.

Hədiyyədən təəccüblənən sənətçi «Mən heç vaxt «Xam qızıl» hədiyyə almamışam, amma bu hədiyyə digərləri kimi mənim nəhəng anbarımda yerini tutacaq» deyib.

İlk yorumu siz yazın