«Bu yollara necə nifrət edirəm bir bilsən» — Vüsalə Əlizadə

«Bu yollara necə nifrət edirəm bir bilsən» — Vüsalə Əlizadə
Tarix : Oxunma : Yorum Yaz

«Yoxluğunun acısını ürəyimə həbs etdim. Bu yollara necə nifrət edirəm bir bilsən. 7 ay sənsiz».

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə bir müddət əvvəl avtomobil qəzasında həyatını dəyişən qardaşı Əlihüseyn Əlizadə ilə bağlı paylaşımında yazıb. 

«Hər gəlişimdə qarşılamağa çıxardın. Fəxrlə arxana düşüb gəlirdim, qazandığın hörməti, uğuru, insanların sənə sevgisini, güvənini görüb ürəyim dağa dönürdü. 7 aydır burada bacını qarşılamırsan, ürəyimin dağı. Ömrünün ən gözəl çağlarını fəda etdin bu yollarda, bu dənizə. Sənsiz dünyam boşdur, ömrü yarım qalanım» deyə, Vüsalə paylaşımına əlavə edib. 

Qeyd edək ki, Əlihüseyn Əlizadə Dövlət Sərhəd Xidmətinin zabiti olub.

İlk yorumu siz yazın