Bu universitetin tələbələri «Ağıllı dibçək» hazırlayır

Tarix : Oxunma : Yorum Yaz

Qərbi Kaspi Universitetinin tələbələri universitetin Texnoparkında «Ağıllı dibçək» layihəsi üzərində işləyir. Layihənin məqsədi ev və ofis şəraitində dibçəkdə müxtəlif növ bitkilərin əkilməsini istəyən insanların işini rahatlaşdırmaqdır. 
Belə ki, “Ağıllı dibçək”də olan kiçik su çəninə 500 ml (şərtidir) su doldurulur. Bitki əkilən torpağa nəmliyi təyin edən sensor bitki kökünə yaxın quraşdırılır. Dibçəkdə əkilən hansı bitkidirsə, o ağıllı dibçəyin yaddaşına verilir və bitki tələbinə uyğun olaraq nəmlik azaldığı zaman çəndən torpağa su ötürülür. Eyni zamanda çəndə su bitməsinə az qalmış dibçək səs və işıq siqnalları ilə xəbərdarlıq edir ki, istifadəçi çəni su ilə doldursun. Eyni zamanda çən olmadan belə dibçək birbaşa su xəttinə qoşula bilər.

İlk yorumu siz yazın