«Bu dünyaya bir də gəlsəm, yenə səni sevərdim» — Elton

Tarix : Oxunma : Yorum Yaz

Müğənni Elton Hüseynəliyev həyat yoldaşı Tamilla Hüseynəliyeva ilə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, sənətçi xanımının ad günü olduğunu bildirib:

«Sən olmasan axı neylərəm, xəyalını ümid eylərəm… Sən olmasan yanımda mənim, bu həyatı, ömrü neylərəm… «Dənizin nəğməsi» mahnısının misralarında deyilən bu sözlər və oxuduğum bütün nəğmələrin sözlərini, musiqisini sənin şərəfinə oxumuşam, Tamilla xanım. Ad günün mübarək olsun, əzizim. Allah bizə əbədi bir yerdə olmağı nəsib etsin. Nə yaxşı ki, qismətimdə və həyatımdasan. Bu dünyaya bir də gəlsəm, yenə səni sevərdim».

İlk yorumu siz yazın