«Bu cür sima yaşından utanmamalıdır»

«Bu cür sima yaşından utanmamalıdır»
Tarix : Oxunma : Yorum Yaz

«Mənə elə gəlir ki, bizim yaşıdlarda səhnə mədəniyyəti qalıb. Səhnə məsuliyyətimiz var: geyimlər, hərəkətlər, performans. O qədər gözəldir ki… Lalə Məmmədova ifa edəndə baxıram, biz o qədər məsuliyətliyik ki. Səhnəni indikilər kimi adi qəbul etmirik. Bizim səhnəyə olan hörmət və sənətə olan diqqətimizdir».

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova «Xəzər axşamı» proqramında deyib. Həmkarı Lalə Məmmədovanın ifasından danışan müğənni onun görünüşünə də münasibət bildirib. Kərimova yeni ifaçıların sənətə məsuliyyətsiz yanaşdıqlarını vurğulayıb.  

Proqramda yer alan Əməkdar artist Ehtiram Hüseynov «O vaxt deyəndə nə olur? Elə indi də eləsiniz… Elə çox da özünüzü yaşlı bilməyin. Elə o vaxtın adamları deyirsiniz ki» sözlərini söyləyib.

L.Məmmədova isə «Xalqın gözündə inandığı, etibar etdiyi sima yaşından utanmamlıdır. Könül Kərimovanın nəvəsi var, yaşıdları hələ ailə qurmayıb. Bu ömrü sürən utanmamalıdır» cavabını verib. 

İlk yorumu siz yazın