Brilliant Faiqin adını eşidib əsəbiləşdi

Brilliant Faiqin adını eşidib əsəbiləşdi
Tarix : Oxunma : Yorum Yaz

“Sən bilirsən ki, mən səhnədə bir nəfər var, o olan yerə getmirəm. Oradan mənə 15-25 min də pul versələr, getmirəm”.

OLAY yazır ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova Ülvira Qarayevanın Astar TV-də yayımlanan yutub layihəsində deyib. 

Bu zaman Ülvira söhbətin sənətçinin qalmaqal yaşadığı Xalq artisti Faiq Ağayevdən getdiyini qeyd edib. Faiqin adını eşidən ifaçı əsəbiləşərək, onun adını çəkməməsini bildirib.

“Söhbət puldan, qazancdan gedirsə, insan öz mənəviyyatını satmamalıdır. Mən onu demək istəyirəm. Mənim elə vaxtım olub ki, bilirəm ki, oradan qazancım var, amma mənəviyyatımın, xasiyyətimin üzərindən keçə bilmərəm”, — deyə, Dadaşova fikirlərinə əlavə edib.

Aparıcı ad çəkmədən bu qalmaqalın nə vaxtsa bitəcəyini soruşduqda isə Brilliant belə cavab verib:“Sən ölmüş valideynlərini təhqir edən, söyüşlər söyən insanı bağışlayarsanmı? Əlini ürəyinə qoy de, bağışlayarsanmı? Onda mənə bu sualları vermə. O çıxdığı proqramlara heç vaxt çıxmıram. Eldar Mansurovun yubileyi oldu, oraya mən getməyəcəkdim. Oranı mikrobdan təmizlədilər, sonra mən getdim”.

İlk yorumu siz yazın