Brilliant Dadaşova Prezidentlə xanımının mahnısını dinləməsindən yazdı

Brilliant Dadaşova Prezidentlə xanımının mahnısını dinləməsindən yazdı
Tarix : Oxunma : Yorum Yaz

Xalq artisti Brilliant Dadaşova Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın İsmayıllı rayonunun Basqal qəsəbəsinə səfəri zamanı onun ifasında səslənən mahnını dinləmələrinə münasibət bildirib.

Axşam.az xəbər verir ki, müğənni həmin görüntüləri sosial media hesabında paylaşaraq «Ali Baş Komandanımızla birinci vitse-prezidentimizin yorucu və çətin işlərində doğma musiqimizin onlara ruh yüksəkliyi verməsi bizim üçün böyük şərəfdir» deyə, yazıb.

Qeyd edək ki, söhbət “Könlüm” mahnısından gedir. Mahnının musiqisinin müəllifi Frangiz Babayeva, sözləri isə xalq şairi Fikrət Qocaya məxsusdur. Bu bəstə həm də Şövkət Ələkbərova, Leyla Şərifova, Flora Kərimova və digər tanınmış ifaçıların repertuarına daxildir.

İlk yorumu siz yazın