Brilliant Dadaşova: “Köpəklərdən qorunmaq qəlbin qərarı oldu“

Tarix : Oxunma : Yorum Yaz

Xalq artisti Brilliant Dadaşova həyatda gördüyü haqsızlıqlardan gileylənib.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında bu barədə yazan sənətçi uşaqlıq illərini xatırlayıb:

«Mən balaca olanda qonşuda bir qızın gözəl anası var idi. Etdiyi pislikləri anası ört-basdır edirdi. Onun etdiyi yaramazlığı mənim üstümə yıxırdı. Hər zaman mən müqəssir idim. O, günahsız idi. Həyatın qanunun o vaxtdan öyrənmişəm. Arxalı köpək qurd basar. Əzbərləmişəm bunu. Amma geci-tezi var. Çox da gizli qalmayıb, yalanlar üzə çıxıb. Kiməsə quyu qazanlar heç vaxt xeyir tapmayıb. Ola bilər müvəqqəti tapıb. Hər şey yerində olur. Sən yazdığını yaz, gör Allah nə yazır. Aldığım bu dərslərin xeyri də az olmadı. Qartal uçar göylərdə, səmada. Arxası bərk olsa da, o da təkdir. Köpək yenə köpəkdir. Bu həyat məktəbinin bir də yararı oldu. Köpəklərdən qorunmaq qəlbin qərarı oldu».

İlk yorumu siz yazın