«Boşanmağımın səbəbkarı odur» — Ayseldən anası haqda sərt sözlər

«Boşanmağımın səbəbkarı odur» — Ayseldən anası haqda sərt sözlər
Tarix : Oxunma : Yorum Yaz

«Anam arıdır, hamını sancır. Anam haqqında yazdıqlarım ona pis təsir edib, səhər-səhər mənə «bir ton səs» atıb. Nə olsun anamdır? Mən sözün düzünü deyirəm. Təsəvvür edin, heç kimi bəyənmir bu insan: nə qız, nə oğlan. Hamıya yuxarıdan aşağı baxır, hamı haqqında – hətta tanımadığı insanlar haqında elə sözlər deyir ki… Dəfələrlə eşitmişəm, demişəm ki, yanımda belə şeylər danışma, namaz qılırsan, görüb bilmədiyin şeylər haqında danışma, heç kimin haqqına girmə. Nə olsun anamsan? Bu qədər də yox».

Axşam.az xəbər verir ki, bu sözləri bloger Aysel Şükürova sosial şəbəkədə yazıb. İzləyicilərinin ünvanladığı sualları cavablandıran Aysel anası haqda mənfi sözlər qeyd edib. O bildirib ki, Oqtayla boşanmasının səbəbkarı da anası olub:

«Hər şey kənardan göründüyü kimi deyil, dostlar. İçim özümü, çölüm özgəni yandırır. Təkcə anam yox, ailəmin digər üzvləri də beş-betərdilər. Təssüf ki, hər kəs ailəsini seçə bilmir. Hətta ayrılmaq, boşanmaq səbəblərimdən biri də anamdır. O qədər məni doldurdu ki, başımı xarab elədi. İndiyədək deyinir, guya, məni çox istəyir. Övlad sevgisi sizdəki kimi olmur, vaxtında sevgi görsəydim, sevgini başqalarında axtarıb, bu günlərə düşməzdim».

Aysel əlavə edib ki, anasının ona göndərdiyi səsləri yayacaq:

«Boş vaxtım olanda anamın gül sözlərindən video qoyacam: O səni alıb ki, pulundan istifadə etsin, o elədi, bu belədi… Anama görə hamı tərbiyəsiz, küçədəqalmış və pozğundur. Adama deyərlər ki, sənin qızın iki dəfə boşanıb, rahatlıqla arxasınca danışacaqlar. Dediklərinin düz çıxdığı məqamlar da olub. Amma məni heç kim sevə bilməz? O qədərmi dəyərsizəm, çirkinəm, pis insanam? Başa sala bilmirəm, amma qəlbim paramparçadır.

İndi evimizdəki durumu deyim: qardaşım qaça-qaça yazdıqlarımı atama deyəcək. O da zəng vuracaq ki, nə yazmısan? Guya xəbəri yoxdur, halbuki çatdırıblar. Telefonu açmasam mesaj atacaq ki, sil. Bilir artıq nə paylaşdığımı. Deyirsiniz ki, niyə əsəbisən? Aqresiya başqa şeylərdən gəlir. Müalicə almışam, amma xeyri yoxdur. Ailəmə görə mən mələyəm, yanımdakılar pis. Kim «salam» verirsə, deməli olmayan puluma görədir. Ailəm məni sevsəydi, indi bunları ağlayaraq yazmazdım. Hamı istəyir buradakı bəziləri kimi xoşbəxt ailə tablosu çəksin. Məndə alınmır rola girə bilmirəm. 2015-ci ildən ailəmdən pul almıram. Gəlirim instaqram və TikTok-dandır. Gecə-gündüz çalışıram, elə olur yuxu yatmıram. İndi evimə həm arvadlıq edirəm, həm ərlik».

Qeyd edək ki, Aysel Oqtay adlı gənclə ailə qurmuş, dəbdəbəli toyu aylarla müzakirələrə səbəb olmuşdu. Cütlük bir müddət əvvəl boşanıb. Onların bu nikahdan əkiz övladları var. Aysel Şükürova Bakı Lift İdarəsinin sabiq direktoru Qüdrət Şükürovun qızıdır.

İlk yorumu siz yazın